Müdafiə Nazirliyi məlumat yaydı - Nə baş verib?

15:31 - 13.10.2021


13 oktyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi Gəncə şəhərindəki partlayış səsləri ilə bağlı açıqlama yayıb.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur.

 

Other news