Azərnəşr zərərdən mənfəətə keçib

10:05 - 15.10.2021


15 oktyabr, Fineko/abc.az. "Azərbaycan” dövlət nəşriyyatı (“Azərnəşr”) 2020-ci ili 125 min manat mənfəətlə başa vurub. Halbuki, nəşriyyat 2019-cu ildən 98 min manat zərərlə çıxmışdı.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla da, qurumun yığılmış zərəri 2% azalaraq 6,072 milyon manat olub.

Bu il yanvarın 1-nə “Azərnəşr”in aktivləri 23,321 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 11,4% azdır.

Hesabat dövründə qurumun öhdəlikləri 45,4% azalaraq 3,773 milyon manata düşüb, balans kapitalı isə 0,65% artaraq 19,548 milyon manata çatıb.

 

Other news