“İSR Plaza" cərimələnir - Səbəb

17:20 - 15.10.2021


15 oktyabr, Fineko/abc.az. Bakıda biznes mərkəzinə sahib olan “İSR Azeri Apart and Business Centre” MMC məcburi auditdən yayınmağa görə cərimələnib.

ABC.AZ Banker-ə istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən cərimələnir.

Hazırda bu şirkətlərin cərimələmə səlahiyyəti olan Maliyyə Nazirliyi şirkətlə bağlı cərimə protokolu tərtib edib, Səbail Rayon Məhkəməsinə göndərib.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunur.

 

Other news