Ərdoğan Ermənistanla münasibətlərin normallaşması şərtini açıqladı

10:15 - 27.10.2021


27 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da ölkəmizdə rəsmi səfərdə olub.

ABC.AZ-ın məlumatına görə, Ərdoğan bəzi məsələlərlə bağlı birgə mətbuat konfransında açıqlamalar verib. O qeyd edib ki, bölgədəki inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək.

Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir.

Türkiyə Prezidenti deyib ki, bu məsələlərdə Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir:

“Əgər belə olarsa, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşmasının qarşısında bir maneə qalmayacaq. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür. Davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını Türkiyənin də eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram”.

 

Other news