Bu qədər şirkət “Yaşıl dəhliz” sisteminə qoşulub

16:01 - 29.10.2021


29 oktyabr, Fineko/abc.az. 750 şirkət artıq “Yaşıl dəhliz” sisteminə qoşulub və onlar ümumi ixracın 30 %-nə yaxınını, idxalın isə 41 %-ni təşkil edirlər.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi” mövzusunda çıxışında deyib.

Beynəlxalq əməkdaşlıqlara və xarici bizneslərin təkliflərinə xüsusi önəm verdiklərini qeyd edən S.Mehdiyev, rəqabətədayanıqlı iqtisadiyyatın təmin edilməsi üçün yeni Gömrük Məcəlləsinin hazırlandığını və dünya ticarətində baş verən yeniliklərin Azərbaycanda gömrük sahəsindəki islahatlarda nəzərə alındığını bildirib.

DGK-nin sədri vurğulayıb ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artıracaq.

 

Other news