“Apple Pay” ödəniş sistemi Azərbaycanda da tətbiq ediləcək

17:02 - 29.10.2021


29 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın təşəbbüsü və rəsmi dəvəti ilə “Apple Pay” ödəniş sisteminin Azərbaycanda tətbiqi üzrə işlərə başlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə bu gün mətbuat konfransında Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov bildirib.

O qeyd edib ki, bu istiqamətdə aktiv işlər həyata keçirlir.

"Artıq “Apple Pay” komandası kommersiya bankları prosesinq mərkəzləri və beynəlxalq kart təşkilatları ilə birgə aktiv tətbiq və sınaq işlərini mərhələli olaraq icra etməkdədirlər. Yaxın günlərdə bu ödəniş sistemindən istifadə mümkün olacaq. Ola bilər ki, gələn həfətədə bir sıra bankların emissiya etikləri debit və kredit kartlarından istifadə etməklə “Apple Pay” vasitəsi ilə, təmassız, asan, təhlükəsiz ödənişləri təmassız (wirless) POS-terminallar üzərindən, e-ticarət səhifələrinə və tətbiqlərindən ödəniş etmək mümkün olacaq".

 

Other news