"Azərsu" Pirşağıda tunel inşa edir

16:28 - 19.11.2021


19 noyabr, Fineko/abc.az. Abşeron yarımadasının bəzi yaşayış məntəqələrində formalaşan tullantı suların Pirşağı tullantı sutəmizləyici qurğusuna ötürülməsini təmin etmək məqsədilə daşıyıcı kanalizasiya kollektorlarının tikintisinə başlanılıb.

ABC.AZ “Azərsu” ASC-yə istinadla xəbər verir ki, layihəyə əsasən, Zabrat-Kürdəxanı-Pirşağı,  həmçinin dənizin sahili boyu 2 istiqamətdə kollektorlar inşa olunur. Hazırda kollektorun Pirşağı vağzalı yaxınlığında dəmiryolu, eləcə də magistral avtomobil yolu ilə kəsişməsində ümumi uzunluğu 2 km olan tunel inşa edilir. 

Qeyd edək ki, Azərbaycan hökuməti və Koreya İxrac-İdxal Bankının birgə həyata keçirdiyi layihə çərçivəsində inşa edilən Pirşağı tullantı sutəmizləyici qurğusu Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq.

Other news