16:28 - 4.07.2022
4 iyul, Fineko/abc.az. Gürcüstanda turizm sektorunda fəaliyyət göstərən kiçik və orta biznes subyektləri 2021-ci il üzrə əmlak vergisindən azad edilib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Hökumətin güzəştindən 1 200-dən çox vergi ödəyicisi yararlanacaq, silinən vergi öhdəliyinin həcmi isə təxminən 40 milyon lari (təqribən 13 milyon ABŞ dolları) təşkil edir.
Xidmətdən bildirilib ki, hökumətin bu qərarı COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi itkilər şəraitində kiçik və orta biznesə stimullaşdırıcı təsir göstərəcək.
Pandemiyadan öncə - 2019-cu ildə qonşu ölkədə turizm sürətlə inkişaf edirdi, beynəlxalq ziyarətçilərin sayı rekord səviyyəyə (9,3 milyon nəfərdən çox) çatmışdı. 2020-ci ildə lokdaun fonunda ziyarətçilərin sayı 1,7 milyon nəfərə qədər azalıb, 2021-ci ildə isə say 1,6 milyon nəfərə bərabər olub.
Turizmdən əldə olunan gəlirin həcmi 2019-cu ildə 3,3 milyard ABŞ dolları təşkil etdiyi halda, 2020-ci ildə bu göstərici 427,7 milyon ABŞ dolları, 2021-ci ildə isə 1,2 milyard ABŞ dolları olub.
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024