Valyuta hərracında banklar tələbi iki dəfə artırdılar

14:27 - 5.07.2022


5 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib. 

AMB-nin məlumatında deyilir ki, iyulun 5-də baş tutan valyuta hərracında $38,5 mln satılıb bu da, ötən hərracda olduğundan $19,9 mln (2,1 dəfə) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələb $38,5 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Other news