Sumqayıtda yeni zavod tikiləcək - 17 milyon manat investisiya qoyulacaq

16:16 - 5.07.2022


5 iyul, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşkili, investorların cəlb olunması işləri davam etdirilir.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) ABC.AZ-a daxil olmuş məlumatda bildirilir ki, bu işlərin davamı olaraq, “Kartaş Kimya” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib, bununla da sənaye parkının rezidentlərinin sayı 31-ə çatıb.

“Kartaş Kimya” MMC Sənaye Parkının 3 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa edəcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 230-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.

Other news