Avro dollar qarşısında zəifləyib

05.07.2022,17:14


5 iyul, Fineko/abc.az. İqtisadi artımın yavaşlamasının və böhran olacağına dair proqnozların Avropa Mərkəzi Bankının (ECB) faiz artıracağı gözləntilərini zəiflətməsilə bağlı olaraq ortaq valyuta olan avro dollar qarşısında son 20 ilin ən aşağı səviyyəsinə düşüb.

ABC.AZ xəbər verir ki, avro 1,4 faiz də ucuzlaşaraq 1,0277 dollara düşüb ki, bu da 2002-ci ilin dekabrından bəri ən aşağı səviyyədir (Bakı vaxtı ilə saat 17:07-yə olan məlumat).

Fransada xidmətlər PMI indeksinin aşağıya doğru yenidən nəzərdən keçirilməsindən sonra valyuta bazarlarında ECB-nin faiz artıracağı gözləntiləri bu il üçün 1,90 bənddən 1,40  bəndə düşüb.