Bakı və Yerevanın mövqelərini yaxınlaşdırmaq mümkün olub - Rusiys XİN rəsmisi

15:38 - 6.07.2022


6 iyul, Fineko/abc.az. “Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə Üçtərəfli İşçi Qrupu çərçivəsində işlər davam etdirilir”.

ABC.AZ Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat departamentinin direktorunun müavini Aleksey Zaytsev deyib.

“İyunun 3-ü Üçtərəfli İşçi Qrupunun Moskvada keçirilən iclası, eləcə də həmsədrlərin Sankt-Peterburq beynəlxalq forumu çərçivəsində təmasları zamanı müəyyən irəliləyiş əldə olunub və nəqliyyat kommunikasiyalarının bərpa olunmasının müxtəlif aspektləri üzrə tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olub”, - deyə Zaytsev söyləyib.

Other news