“KamAZ” ASC yaxın vaxtlarda Cəbrayıl rayonundakı tikinti işlərinə başlayacaq

15:54 - 6.07.2022


6 iyul, Fineko/abc.az. Rusiyaya məxsus “KamAZ” ASC yaxın vaxtlarda Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında tikinti işlərinə başlayacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu  İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev deyib.

"Artıq Sənaye Parkının ərazisi minalardan təmizlənib, ərazidə mobilizasiya sahəsinin yaradılması başa çatmaq üzrədir", - deyə o, qeyd edib.

Other news