Xarici şirkət Azərbaycan bazarını tərk etdi

11:48 - 7.07.2022


7 iyul, Fineko/abc.az. Azərbaycan bazarını daha bir xarici şirkət tərk edib.

ABC.AZ xəbər verir ki, bu “Ledi Sağlık Turizmi Hizmetleri Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı”dır. Belə ki, filial  ləğv olunması barədə elan verib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1006 Bakı şəhəri, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, ev 5, mənzil 5 ünvanına bildirə bilərlər. Qeyd edək ki, bu filial Azərbaycanda 2015-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi isə Elza Allahverdiyevadır.

Other news