BP ABŞ-dakı külək enerjisi biznesini satır

11:22 - 17.09.2024


17 sentyabr, Fineko/abc.az. Britaniyanın BP Plc şirkəti ABŞ-da “BP Wind Energy” külək enerjisi biznesini satışa çıxarıb.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

“BP Wind Energy”nin yeddi ştatda on KES-də payı var. Onların hamısı enerji şəbəkəsinə qoşulub, ümumi gücü 1,3 GVT-dir.

RBC Capital Markets analitikləri bu işin dəyərini təxminən 2 milyard dollar qiymətləndirirlər.

Şirkət bildirib ki, ABŞ-da bərpa olunan enerji inkişafı üçün əsas platforma olaraq Lightsource BP günəş enerjisi işinə diqqət yetirmək istəyir.

BP-nin qaz və aşağı karbonlu enerji bölməsinin rəhbəri Uilyam Lin, “Bu planlaşdırılmış satış portfelimizi daha da sadələşdirmək strategiyasının bir hissəsidir”, - deyə bildirib.