70 milyon dollarlıq ixrac həyata keçirən Azərbaycan zavodu - Hesabat

16:19 - 21.07.2022


21 iyul, Fineko/abc.az. “SOCAR Methanol” MMC 2022-ci ilin birinci yarısında 271,2 min ton metanol ixrac edib, bu da ötən ilin analoji dövründən 2,8 dəfə çoxdur.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. İyulun 1-nə olan vəziyyətə görə, müəssisənin anbarında 46,1 min ton hazır məhsul var.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında “SOCAR Methanol” $70 milyon 678,36 min dəyərində 232 min 578,68 ton metanol ixrac edib. Hesabat dövründə ixracın ümumi həcmində metanolun payı 0,38%, qeyri-neft məhsullarının ixrac həcmində 4,85% təşkil edib.

Вся лента