Bu Bank ilin 1-ci yarısını 118 milyon 417 min manat xalis mənfəətlə başa vurub

12:00 - 25.07.2022


25 iyul, Fineko/abc.az. Aktivlərinin həcminə görə Azərbaycanın ən böyük bankı olan “ABB” ASC 2022-ci ilin 1-ci yarısını 118 milyon 417 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, Bank 2021-ci ilin eyni dövrünü 148 milyon 150 min manat xalis mənfəətlə bağlamışdı.

Hesabata əsasən, ötən ilin müvafiq dövründə törəmə təşkilatdan əldə edilmiş birdəfəlik 40 milyon manat dividend məbləği nəzərə alınmadıqda isə Bankın xalis mənfəətində 10 milyon 268 min manat artım var.

Bununla yanaşı, müqayisə edilən dövr ərzində Bankda mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlara ayırmalar da 34 milyon manat artıb.

Вся лента