Azərbaycanın aktivləri 12 milyard manatı keçən Bankı - Hesabat

12:30 - 25.07.2022


25 iyul, Fineko/abc.az. 2022-ci ilin 1-ci yarısında “ABB” ASC-nin cəmi aktivləri 12 milyard manat səviyyəsini keçib.

ABC.AZ Bankın hesabatına istibadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə Bankın cəmi aktivləri 599 milyon 97 min manat və ya 5,2% artaraq 30 iyun 2022-ci il tarixində 12 milyard 82 milyon 954 min manat təşkil edib.

“ABB” ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən bir il ərzində 740 milyon manat və ya 27% (ötən 6 ayda isə 341 milyon 393 min manat və ya 11%) artaraq 3 milyard 440 milyon 840 min manata, o cümlədən biznes kreditləri 414 milyon 212 min artaraq 1 milyard 772 milyon manata yüksəlib.

Cari ilin birinci yarısında ABB 760 milyon manat biznes krediti verib, o cümlədən təkcə ilin ikinci rübündə 460 milyon manat biznes krediti ayırıb.

Eyni zamanda, cari ilin ötən dövrü ərzində qiymətli kağızlara investisiyalar 42 milyon 45 min manat və ya 3,1% artaraq 1 milyard 405 milyon 561 min manata çatıb.

Вся лента