Azərbaycanın depozit portfeli 858 milyon 817 min manat artan Bankı - Hesabat

14:54 - 25.07.2022


25 iyul, Fineko/abc.az. “ABB” ASC-nin depozit portfeli ötən ilin sonu ilə müqayisədə 858 milyon 817 min manat və ya 10,4% artaraq 9 milyard 120 milyon 483 min manata, o cümlədən fiziki şəxslərin əmanətləri 406 milyon 528 min manat artaraq 1 milyard 689 milyon 503 min manata, hüquqi şəxslərin depozitləri 452 milyon 289 min manat artaraq 7 milyard 430 milyon 980 min manata çatıb.

ABC.AZ-ın məlumatına görə, “ABB” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının 30.06.2022-ci il tarixli qərarına əsasən, Bankın 2021-ci ildə əldə etdiyi mənfəətdən 125 milyon manat məbləğində vəsaitin ABB səhmdarlarına dividend şəklində ödənilməsi həyata keçirilib. Dividendlərin 120,8 milyon manatı dövlət büdcəsinə ödənilib.

Bankın restrukturizasiya prosesi nəticəsində yaranmış və uzun müddət davam edən qısa açıq valyuta mövqeyi problemi (235 milyon ABŞ dolları) də Mərkəzi Bankdan alınmış xarici valyuta vəsaitləri hesabına tam aradan qaldırılıb.

Bununla da Bank Mərkəzi Bankın bütün prudensial normativlərinə riayət edib. 30 iyun 2022-ci il tarixində “ABB” ASC 1 milyard 340 milyon 978 min manat məcmu kapitala malik olub.

Bankın 1-ci dərəcəli kapitalının adekvatlıq əmsalı 18,28%, məcmu kapitalının adekvatlıq əmsalı 19,27% təşkil edib.

Вся лента