3-cü ABB Hakatonu keçirildi!

16:24 - 27.07.2022


27 iyul, Fineko/abc.az. ABB İnnovasiya Mərkəzi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə  3-cü ABB Hakatonunu keçirib.  Hakaton Rəqəmsal İnkişaf və  Nəqliyyat Nazirliyinin  “Technest” təhsil proqramı çərçivəsində təşkil olunub.İdeya marafonunda iştirak üçün 257 nəfər müraciət edib, onlardan 187 nəfər iştirak hüququ qazanıb. Yarış 67 komanda arasında gedib.

Ümumilikdə  25 startap  komandası seçilərək ABB İnnovasiya Mərkəzinin 3-cü İnkubasiya proqramına qəbul edilib. Proqram 1 avqust 2022-ci il tarixindən başlanacaq. İlk pre-inkubasiya mərhələsinin sonunda 1-ci, 2-ci və  3-cü yerin qalibləri müəyyənləşərək, mükafatlandırılacaqlar. 3-cü ABB Hakatonunun  əsas istiqamətləri rəqəmsal bankçılıq, nağdsız ödəniş infrastrukturunun inkişafı, köçürmələrin optimallaşdırılması və  “ƏDV geri al” xidmətinin inteqrasiyası ilə  bağlı olub. Digər sahələrə  aid innovativ ideyalar da cəlb edilib.

ABB-nin  bu hakatonun təşkilində  əsas məqsədi ölkəmizdə  innovasiya mədəniyyətini və İT ekosistemini inkişaf etdirməkdir. Müasir dövlət bankı olan ABB-nin universal və  faydalı məhsul və  xidmətləri iləbağlı  ətraflı məlumatı bankın filial və  şöbələrindən,  www.abb-bank.az  internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar

Вся лента