Azərbaycanda 5 bankın aktivləri azalıb - Siyahı

12:11 - 1.08.2022


1 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə aktivləri illik müqayisədə az olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Bank BTB”, “Bank VTB Azərbaycan” və “Azərbaycan Sənaye Bankı” (ASB) ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma ASB-də (14,7%), ən az azalma isə “Bank BTB”də (0,2%) qeydə alınıb.

Qalan 21 bankın aktivləri artıb. Ən yüksək dinamika “Azər-Türk Bank” ASC-də (78,6%), ən aşağı dinamika isə “Premium Bank” ASC-də (2,5%) qeydə alınıb. 

Вся лента