"SOCAR Polymer"in ixrac gəlirləri azalıb

17:12 - 1.08.2022


1 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyum aylarınd  "SOCAR Polymer" MMC-nin ixrac gəlirləri 81,1 milyon dollar təşkil edib.

Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyul sayına istinadən xəbər verir.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,8% və ya 15,3 milyon dollar azdır.

Belə ki, 2021-ci ilin birinci yarısında şirkət 96,4 milyon dollarlıq məhsul ixrac etmişdi.

Вся лента