Çin və Rusiya arasında ticarət dövriyyəsi 29% artıb

10:58 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Cari ilin ilk 7 ayında Çin və Rusiya arasında ticarət dövriyyəsi illik müqayisədə 29% artaraq 97,71 milyard dollara çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin məlumatında deyilir.

Belə ki, yanvar-iyul aylarında Çinin Rusiyaya ixracı 5,2% artaraq 36,27 milyard dollar olub.  Rusiyadan Çinə mal və xidmətlərin idxalı 48,8% artaraq 61,45 milyard dollara çatıb.  İyulda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 16,79 milyard dollar təşkil edib.

Rusiya və Çin hökumətləri ikitərəfli ticarətin həcmini ildə 200 milyard dollara çatdırmaq vəzifəsini qoyublar.

Вся лента