Moody’s 2022-ci ildə Azərbaycanda ÜDM-in artımını 4% səviyyəsində proqnozlaşdırır

15:16 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Moody’s beynəlxalq reytinq agentliyi 2022-ci ildə Azərbaycanda ÜDM-in artımını 4% səviyyəsində proqnozlaşdırır.

ABC.AZ “İnterfaks-Azərbaycan” agentliyinə istinadla xəbər verir ki, bu barədə. “Moody’s”in məlumatında deyilir.

“Rusiya ilə möhkəm ticarət əlaqələrinə baxmayaraq, Rusiyanın Ukraynaya hücumu iqtisadiyyata məhdud təsir göstərib: may ayında qeyri-neft ÜDM-i 11% artıb. “Moody’s” 2022-ci ildə Azərbaycanda real ÜDM-in 4% artacağını gözləyir. Azərbaycan koronavirus pandemiyası zamanı daha az resessiyaya və sabit valyutanın qorunmasına səbəb olan dayanıqlılıq nümayiş etdirərək Rusiya-Ukrayna böhranına karbohidrogenlərin yüksək qiymətləri ilə dəstəklənən güclü iqtisadi bərpa ilə qədəm qoyub”, - deyə agentlik qeyd edir.

“Moody’s” növbəti bir neçə il ərzində karbohidrogenlərin qiymətinin yüksək olması, neft hasilatı kvotasının (OPEC+ sazişi çərçivəsində) artırılması və qaz ixracının artması nəticəsində Azərbaycanın cari əməliyyatlar hesabında böyük həcmdə müsbət saldonun (ÜDM-in 15-20%-i) yaranacağını gözləyir.

“Moody’s”də ümid edirlər ki, bu yaxınlarda institusional potensialın yaxşılaşması ərzaq məhsullarının 20%-dək bahalaşması da daxil olmaqla, 14%-ə qədər artmış inflyasiyaya (12 ay ərzində - İF) təzyiqi azaldacaq. Hökumət də antiinflyasiya tədbirləri görüb. Agentlikdə hesab edirlər ki, əgər lazım gələrsə, hökumət ev təsərrüfatlarına ünvanlı dəstək göstərmək üçün əlavə fiskal ehtiyatlara malikdir.

Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,4% səviyyəsində proqnozlaşdırır.

2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb.

Вся лента