Avropada qazın qiyməti 2100 dollara çatdı

16:10 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Avropada təbii qazın qiyməti cümə gününün bağlanış qiyməti ilə müqayisədə 1,6% artıb.

ABC.AZ xarici mediyaya istinadən xəbər verir ki, bu gün qeydə alınan ən aşağı qiymət 2056,7 ABŞ dolları, ən yüksək qiymət 2 100 dolları təşkil edib.

Problemlər əsas tədarükçülər tərəfindən təklifin azlığı, Avropada yeraltı qaz anbarlarının doluluq səviyyəsinin aşağı olması və Asiyada sıxılmış təbii qaza olan tələbin yüksək olması ilə əlaqələndirilir.

Вся лента