Güzəştli kredit alanların sayı artıb

08.08.2022,16:54


8 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul ayları ərzində sahibkarların 1589 investisiya layihəsinin maliyyələşdirilməsinə 65,7 milyon manat güzəştli kredit verilib.

ABC.AZ Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir ki, bu kreditlər hesabına 1607 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ötən ilin müvafiq dövründə isə güzəştli kredit mexanizmi çərçivəsində 774 layihə maliyyələşdirilib və bu məqsədlə 42,9 milyon manat vəsait ayrılıb.