Alibaba 3 ayda 10 minə yaxın iş yerini ixtisar etdi

14:26 - 9.08.2022


9 avqust, Fineko/abc.az. Çinin e-ticarət nəhəngi Alibaba karantinlər və rüblük mənfəət ilk dəfə azaldıqdan sonra aprel-iyun dövründə 9241 işçisini işdən çıxarıb. Beləliklə, şirkət ümumilikdə 245 700 işçini ixtisar edib.

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, ilin ilk üç ayında şirkət artan inflyasiya, xammal xərcləri və siyasi gərginlik kimi təsirlərə görə işçi qüvvəsini 4375 nəfər azaltmışdı.

İşdən çıxarılma qərarının bütün dünyada iqtisadi yavaşlama və istehlak xərclərinin zəifləməsi səbəbindən qəbul edildiyi bildirilir.

Oxşar səbəblərdən ABŞ-ın Apple, Alphabet, Meta Platforms şirkətləri işə qəbulu dayandırıb, Amazon.com isə 100 minə yaxın insanı işdən çıxarıb.

Bir vaxtlar Çinin ən dəyərli şirkəti olan Alibaba-nın bazar dəyəri Pekin hökumətinin özəl sektora tətbiq etdiyi bəzi təcrübələr səbəbindən aşağı düşüb.

 

Вся лента