Qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi artıb

15:57 - 9.08.2022


9 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında əsas kapitala 7 milyard 301,7 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,5% azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5 % artıb.

İstifadə olunmuş vəsaitin 4 milyard 492,6 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 355,5 milyon manatı (32,3 faizi) xidmət sahələrinə, 453,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Вся лента