Yeni üsulla 1.080 yerli investisiyalı MMC qeydiyyata alınıb

16:32 - 9.08.2022


9 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,6 % təşkil edib.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumatına istinadla xəbər verir  ki, hesabat dövründə yeni üsulla (fin kod+mobil nömrə) 1.080 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 37 vahid çox) qeydiyyata alınıb.

Bildirilir ki, bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,2 %, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 16,2 % təşkil edib.

 

Вся лента