AYİB Bakıdan Qara dəniz limanlarına daşımaları asanlaşdıracaq layihəyə krediti təsdiq edib

14:55 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkətinə 4 milyon dollar yüksək səviyyəli təminatlı krediti təsdiq edib.

ABC.AZ  Apa- ya  istinadən xəbər verir ki, "W&E Forward" və "Alat Bay" şirkətləri Bakı yaxınlığında 5 min tonluq anbarın tikintisi üçün 4 milyon ABŞ dolları həcmində (3,9 milyon avro) yüksək səviyyəli təminatlı kreditin verilməsi üçün Banka müraciət etmişdi. İndi isə kredit müraciətinə konsepsiya baxışı keçirilib və təsdiq edilib.

Qeyd edək ki, layihə Gürcüstan və Bakının Qara dəniz limanları arasında çatdırılma xərclərini və müddətini azaltmaqla tranzit və idxala bağlı yüklərin axınını asanlaşdırmaq məqsədi daşıyır. Layihənin ümumi dəyəri isə 7,4 milyon dollardır.

Qeyd edək ki, "West & East Forward" 1993-cü ildən Azərbaycanda fəaliyyət logistika şirkətidir. AFEZCO MMC (Ələt buxtası) isə layihənin həyata keçirilməsi üçün 2022-ci ilin aprel ayında yaradılıb.

 

Вся лента