AMB banklara kreditlərin verilməsi bağlı qaydaları dəyişib

15:24 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı tərəfindən verilən yenidənmaliyyələşdirmə kreditlərinin şərtləri dəyişdirilib.

ABC.AZ xəbər verir ki,  Mərkəzi Bankın sədri Taleh Kazımov “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişiklikləri təsdiq edib.

Qərara əsasən, bundan sonra 180 gündən çox olmayan müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə birbaşa və ya dolayı hərraclar vasitəsilə ilə veriləcək.

Digər bir qayda isə, onlara verilən kreditlər üzrə təminat hərracın keçirildiyi gündən 3 iş günü ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunacaq. Bundan əvvəl sözügedən müddət 5 gün nəzərdə tutulmuşdu.

Bildirilib ki, hərraclarda “Banklar haqqında” Qanununa müvafiq olaraq həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fəaliyyətinə məhdudiyyət və ya qadağa qoyulmayan, Mərkəzi Bank və ya banklar qarşısında vaxtı keçmiş kredit öhdəliyi olmayan banklar iştirak edə biləcəklər.

Azərbaycan Mərkəzi Bankı pul siyasətində bir illik (360 günlük) yenidənmaliyyələşmə kreditlərin hərrac vasitəsi ilə verilişindən imtina edir. Yeni qaydaya görə, artıq bu müddətə hərracla kredit verilməsi qaydada yer almır.

360 gündən yuxarı veriləcək kreditlər artıq hərracdan kənar verilən yenidənmaliyyələşdirmə kreditləri sayılacaq.

Mərkəzi Bank müraciət daxil olduqdan sonra 2  iş günündən gec olmayaraq kreditin verilib-verilməməsi barədə qərar qəbul edilməsi qaydası ləğv edilir.

Qızıl külçə formasında bank metalı aktivi ilə sonuncu instansiyada təmin edilmə qaydası da ləğv edilir.

Вся лента