Yarımildə bankların xarici valyuta ilə əməliyyatlardan gəlirləri 138 mln. manat olub

16:07 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Azərbaycan bankları 2022-ci ilin ilk 6 ayında xarici valyuta ilə əməliyyatlardan 138 milyon 281 min manat gəlir əldə ediblər.

ABC.AZ Fed.az-a istinadla  xəbər verir ki, xarici valyuta əməliyyatlarından ən böyük gəliri Azərbaycan Beynəlxalq Bankı (ABB) əldə edib – 45 milyon 830 min manat. Başqa sözlə, bank sektorunun bu əməliyyatlardan əldə etdiyi gəlirlərin 33%-i ABB-nin payına düşüb.

«Kapital Bank» və «Paşa Bank» bu əməliyyatlardan müvafiq olaraq 23,6 milyon manat və 21,8 milyon manat gəlir əldə edib. Başqa sözlə, bank sektorunun bu sahədən əldə etdiyi ümumi gəlirin 3-də biri «Paşa Holdinq»ə daxil olan iki bankın payına düşür.

Xarici valyuta əməliyyatlarından əldə edilən gəlirlərin həcminə görə sonrakı yerləri “Bank Respublika” və “Muğanbank” tutur – müvafiq olaraq 6,9 milyon manat və 6,3 milyon manat.

«Bank VTB Azərbaycan» rusiya rublu ilə əməliyyatların kəskin artması səbəbindən valyuta əməliyyatları üzrə 5 milyon manatlan artıq gəlir əldə edhib.

Вся лента