Hindistan Rusiyadan aldığı kömür üçün yuan və dirhəmlə ödəniş edib

16:32 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Reuters agentliyi Hindistanın Rusiyadan aldığı kömür üçün yuan və dirhəmlə ödəniş etdiyini öyrənib.

ABC.AZ Agentliyə istinadla xəbər verir ki,  Hindistan iyunda Rusiyadan tədarük olunan kömürün demək olar ki, yarısını dollardan istifadə etmədən ödəyib. Hesablaşmalar Çin yuanı, Honq-Konq dolları, BƏƏ dirhəmi və avro ilə aparılıb.

“Reuters” agentliyi yazır ki, iyun ayında Hindistanın polad və sement istehsalçıları 742 min ton kömür almaq üçün dollardan istifadə etməyiblər ki, bu da bu ay üçün Rusiyada ümumi kömür alışının (1,7 milyon ton) demək olar ki, yarısıdır (44%).  Qeyri-dollar ödənişlərinin 31%-ni yuan, 28%-ni Honq-Konq dolları, avro üçün isə dörddə birindən az təşkil edib və belə ödənişlərin təxminən altıda biri BƏƏ dirhəmləri ilə həyata keçirilib.

 

Вся лента