15:10 - 12.08.2022
12 avqust, Fineko/abc.az. “Azərxalça” ASC 2020-ci ili 3,283 milyon manat zərələ başa vurub. Bu, 2019-cu illə müqayisədə 38,5% azdır.
ABC.AZ Report-a istinadla xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatında qeyd edilib.
Şirkətin yığılmış zərəri 36% artaraq 13,839 milyon manata çatıb.
2020-ci ildə “Azərxalça”nın satışdan gəlirləri 5,142 milyon manat (2019-cu ilə nisbətən 16,6 dəfə çox), satışının maya dəyəri 4,59 milyon manat (12 dəfə çox), sair gəlirləri 1,146 milyon manat (əvvəlki il olmayıb), inzibati və əməliyyat xərcləri 5,089 milyon manat (0,5% az), xarici valyuta əməliyyatlarından xalis gəlirləri isə 109 min manat (əvvəlki il zərər olub) təşkil edib.
2021-ci il yanvarın 1-nə “Azərxalça”nın aktivləri 107,004 milyon manat olub ki, bu da illik müqayisədə 0,5% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 62,9% artaraq 1,041 milyon manata çatıb, balans kapitalı isə 0,9% azalaraq 105,963 milyon manata düşüb.
Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. 100% dövlətə məxsus olan səhmdar cəmiyyəti ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
23 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024