Prezident İlham Əliyev Ağsu şəhərinə səfər edib

12.08.2022,16:00


12 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev  avqustun 12-də Ağsu şəhərinə səfər edib.

ABC.AZ xəbər verir ki, Prezident səfər zamanı ulu öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Daha sonra , şəhərin Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

 Həmçinin “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.