Ukraynanın ABŞ-dakı səfiri Rusiyanın bütün özəl banklarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb

12.08.2022,16:37


12 avqust, Fineko/abc.az. Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova ABŞ Maliyyə Nazirliyinə sorğu göndərərək bütün özəl Rusiya banklarının ABŞ-ın sanksiyalar siyahısına daxil edilməsini istəyib.

ABC.AZ Bloomberg-ə istinadla xəbər verir ki, Markarova agentliyə müsahibəsində Kiyev ABŞ-dan hər həftə bir neçə Rusiya bankını maliyyə institutlarının sanksiya siyahısına əlavə etməsini istəyib.

Onun sözlərinə görə, istənilən Rusiya bankı sanksiyaların hədəfi olmalıdır.

Xatırladaq ki, fevral hadisələrindən sonra onlarla Rusiya bankı artıq ABŞ və Avropanın sanksiyaları altına düşüb. Onların arasında Sberbank, VTB, Promsvyazbank, Alfa-Bank, Sovcombank, Qazprombank, MKB və s. Bəzi bankların SWIFT beynəlxalq köçürmə sistemindən əlaqəsi kəsilib.