Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar azalıb

14:43 - 15.08.2022


15 avqust, Fineko/abc.az.  Cari ilin altı ayı dövründə dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 25,9 milyon manat daxil olub, altı aylıq tapşırıq 20 milyon manat (44 faiz) az icra edilib, ötən ilin müvafiq dövrünə nisbətən 6,4 milyon manat (19,9 faiz) az olub.

Bu barədə ABC.AZ Hesablama Palatasının 2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatına əsasən xəbər verir.

Yarım ildə 41,4 milyon manat dəyərində dövlət əmlakı özəlləşdirilib, lakin dövlət büdcəsinə 25,9 milyon manat vəsait daxil olub ki, 15,5 milyon manat vəsait dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıq məbləğini artırıb. Bu vəsaitlər üzrə vaxtı çatmış, lakin büdcəyə ödənilməmiş vəsaitlər üzrə qalıqlar dövrün sonuna əvvəli ilə müqayisədə artaraq 25,2 milyon manat təşkil edib.

Вся лента