ÜDM-in strukturunda neft-qaz və qeyri-neft-qaz sektorlarının payı bərabərləşib

16:34 - 15.08.2022


15 avqust, Fineko/abc.az.  2022-ci ilin altı ayında ÜDM-in strukturunda neft-qaz və qeyri-neft-qaz sektorlarının payı bərabərləşib, aparılmış təhlillər iqtisadi artımın qeyri-neft-qaz sahələri hesabına təmin olunduğunu deməyə əsas verib.

Bu barədə ABC.AZ Hesablama Palatasının 2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatına əsasən xəbər verir.

Hesabat dövründə iqtisadi artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faizə bərabər olub. Qeyri-neft-qaz sahələrinin 9,6 faizlik artımı fonunda neft-qaz sahələri üzrə cüzi artımın (0,2 faiz) qeydə alınması iqtisadi artımda neft amilinin rolunu azaldıb.
ÜDM-in həm neft, həm də qeyri-neft sahələrində nominal artımların qeydə alınması dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirib.

Вся лента