Altı ayda Təminat Fonduna 83,8 mln. manat vəsait daxil olub

17:01 - 15.08.2022


15 avqust, Fineko/abc.az.  Yanvar-İyun aylarında Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun təkrar borc sazişlərindən nəzərdə tutulmuş daxilolmalarının 11,9 faizi icra edilib.

Bu barədə ABC.AZ Hesablama Palatasının 2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatına əsasən xəbər verir.

Cari ilin yanvarın 1-nə Təminat Fondunun qalığı 24 milyon manat və 480 milyon ABŞ dolları təşkil edib.

Altı ayda Fonda 83,8 milyon manat vəsait daxil olub, 100,2 milyon manat, 4,9 milyon ABŞ dolları və 768,3 min avro xərc edilib.
Dövlət zəmanəti ilə alınan borcların Fond tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə bu il qaytarılması nəzərdə tutulan 639,4 milyon manatdan cari ilin 6 ayında 76,3 milyon manat (proqnozun 11,9 faizi) bərpa edilib.

Вся лента