“Qazprom” qışda qazın qiymətinin 4000 dolları keçəcəyini proqnozlaşdırır

16:19 - 16.08.2022


16 avqust, Fineko/abc.az. Avropa birjalarında qazın min kubmetr üçün 2500 dollara qədər bahalaşıb. Bu, bir il əvvəllə müqayisədə beş dəfə çoxdur.

ABC.AZ rusiya mətbutaına istinadla xəbər verir ki, Qazprom-un məlumatına görə, qışda qazın qiyməti hətta mühafizəkar proqnozlara görə də inanılmaz həddə çata bilər.

“Avropada spot birjalarda qazın qiyməti 2500 dollar həddini keçib. Hesablamalara görə, bu cür tendensiya davam edərsə, qışda qiymətlər 1000 kubmetr üçün 4000 dolları keçəcək.” – məlumatda deyilir.
Şirkət aydınlaşdırıb ki, yeddi ay yarım ərzində qeyri-MDB ölkələrinə ixrac 78,5 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 36% azdır.

Вся лента