Neft bahalaşır, Brent barrel başına $100,03 təşkil edir

09:30 - 26.08.2022


26 avqust, Fineko/abc.az. Neftin etalon markalarının  qiymətləri bir gün əvvəl düşdükdən sonra cümə günü ticarətdə böyüyür.

London ICE Futures birjasında saat 09: 05-də Brent neftinin oktyabr fyuçersləri $0,69 (0,69%) - barrel başına $100,03-ə qədər bahalaşıb. 25 avqust ticarətinin nəticələrinə görə, Brent neftinin oktyabr  fyuçerslərinin  qiyməti $1,88 (1,86%) - barrel başına $99,34-ə qədər azalıb.

Saat 09:05-sə Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin oktyabr  fyuçersləri $0,72 (0,78%) - bir barrelə $93,24-ə yüksəldi. 25 avqust ticarətinin nəticələrinə görə,  WTI neftinin   oktyabr  fyuçersləri $2,37 (2,50%) - barrel başına $92,52-ə düşdü.

Вся лента