Neft bahalaşır, Brent barrel başına $101,70 təşkil edir

09:30 - 29.08.2022


29 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi günü ticarətdə artır.

Saat 09:21-də   London ICE Futures birjasında  Brent neftinin oktyabr fyuçersi $0,71 (0,70%) - barrel başına $101,70-a qədər bahalaşıb. Ticarət nəticələrinə görə, 26 avqustda  Brent neftinin oktyabr  fyuçersi $1,65 (1,66%) - barrel başına $100,99-ə yüksəldi.

09:21-də Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin oktyabr  fyuçersləri $1,05 (1,13%) - barrel başına $94,11-ə yüksəldi. 26 avqust ticarətinin nəticələrinə görə,  WTI  neftinin oktyabr fyuçersləri $0,54 (0,58%) - barrel başına $93,06-ə yüksəldi.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 4,42%,  WTI isə  2,90% bahalaşıb.

Вся лента