“Atəşgah” Sığorta Şirkətindən məhkəməyə şikayət - Təfərrüat

13:36 - 29.08.2022


29 avqust, Fineko/abc.az. “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, iddiaya səbəb sığorta müqaviləsi üzrə mübahisələr – sığorta ödənişinin ödənilməsi tələbidir. İddiaçı Vəliyeva İradə Hətəm qızıdır. Hakim İlkin Rüstəmlidir.

Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Вся лента