SOCAR-ın zavodlarının idarəedilməsi kimlərə verilir?

15:11 - 30.08.2022


30 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.

ABC.AZ-ın məlumatına görə, bu səbəbdən şirkətin neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən emal müəssisələrinin “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə start verilib.

Məlumata görə, hazırda beynəlxalq təcrübəyə uyğun olaraq operativ idarəetmə mexanizmlərinin, vahid texnoloji prosesin yaradılmasının, SOCAR emal zəncirinin dayanıqlı fəaliyyətinin təmin olunmasının, hazır məhsulun rəqabət qabiliyyətinin, həmçinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) normativlərinə daha da ciddi riayət olunmasının gücləndirilməsi məqsədilə SOCAR-ın neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən digər emal müəssisələrinin də qanunvericilik və nizamnamələr nəzərə alınmaqla “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə start verilib.

Bu emal müəssisələri arasında “Azərikimya” İstehsalat Birliyi, Karbamid zavodu, Metanol Zavodu, “SOCAR Polymer”, Qaz Emalı Zavodu da var.

Вся лента