Neft bir gün əvvəl düşdükdən sonra bahalaşır, Brent barrel başına $100,46 təşkil edir

09:52 - 31.08.2022


31 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri dünən xeyli düşmədən sonra çərşənbə günü ticarətdə artmaqdadır.

Londonun  ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersləri saat 09:35-də $1,15 (1,16%) - barrel başına $100,46-a qədər bahalaşıb. Avqustun 30 - da hərracların nəticələrinə görə, Brent neftinin oktyabr  fyuçersləri $5,78 (5,50%) - barrel üçün $99,31-ə düşüb.

Saat 09:35-də Nyu - York əmtəə birjasının (NYMEX) ticarıtində WTI neftinin oktyabr  fyuçersləri $1,04 (1,13%) - barrel başına $92,68-ə yüksəldi. Avqustun 30 - da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $5,37 (5,54%) - barrel üçün $91,64-a  düşüb.

Вся лента