Neft ucuzlaşır, Brent barrel başına $95,18 təşkil edir

09:30 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. Cümə axşamı günü ticarətdə neftin istinad markalarının qiymətləri azalır.

London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin noyabr fyuçersləri saat 09:25-də $0,46 (0,48%) - barrel başına $95,18-ə qədər ucuzlaşıb. Avqustun 31-də baş tutan hərracların nəticələrinə görə, Brent neftinin noyabr fyuçersi $2,20 (2,25%) - barrel başına $95,64-ə düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) WTI neftinin oktyabr fyuçersi saat 09:25-də $0,42 (0,47%) - bir barelə $89,13 qədər azalıb. Avqustun 31 - də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $2,09 (2,28%) - barrel üçün $89,55-ə düşüb.

Avqustun nəticələrinə görə, Brent markalı neft 12,3%, WTI nefti - 9,2% ucuzlaşıb.

Вся лента