SOCAR-ın Türkiyədəki zavodu neft idxalını artırıb

11:55 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 5 420 528,141 ton neft idxal edib.

ABC.AZ Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən xəbər verir ki, bu da illik müqayisədə 18,2% çoxdur.

Məlumata görə, 2021-ci ilin yanvar-iyun aylarında zavod 4 587 513,18 ton neft idxal edib.

Xatırladaq ki, ötən il Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 10 012 616,23 ton neft idxal edib ki, bu da illik müqayisədə 1% çoxdur.

Вся лента