Yeddi ayda İxracatçı dövlət şirkətlərinin siyahısı tərtib edilib

14:59 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. Cari ilin yeddi ayı üzrə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısı tərtib edilib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın avqust sayına istinadla bildirir ki, siyahıya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.

Daha sonra bu siyahıda “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti kimi şirkətlər təmsil olunurlar.


Вся лента