Azərbaycan kənd təsərrüfatının təhlili və proqnozlaşdırılması sistemini asanlaşdırır

12:10 - 31.05.2018


31 may, Fineko/abc.az. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycana kənd təsərrüfatının təhlili və proqnozlaşdırılmasının təkmilləşdirilməsində kömək edir.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Strateji təhlil və planlaşdırma şöbəsinin müdiri Firdovsi Fikrətzadə bildirib ki, FAO yerli mütəxəssislər üçün üç günlük seminar keçirir.

“Seminarda, hazırda Avropa İttifaqı ölkələrində istifadə olunan aqrar təhlil və proqnozlaşdırmanın qabaqcıl modeli təqdim ediləcək. İyun ayında digər modellərin təqdimatı keçiriləcək və nəticədə, Azərbaycanın spesifikasına uyğun olacaq və ölkəmizdə tətbiq olunacaq model seçiləcək”, - deyə F.Fikrətzadə bildirib.

Onun sözlərinə görə, tətbiq olunacaq model orta və uzun müddətli perspektivdə inkişaf üçün strateji və prioritet istiqamətlərin müəyyənləşdirilməsi, həmçinin, subsidiyaların sahələrinin müəyyənləşdirilməsi və kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsində istifadə ediləcək.

 

Вся лента