“DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC-i bu şirkəti tender qalibi etdi

10:37 - 2.09.2022


2 sentyabr, Fineko/abc.az. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün xidməti minik avtomobillərinin satınalınması üzrə tenderə yekun vurub.

ABC.AZ-ın məlumatına görə, qurum 168 600 manatlıq tenderin qalibiyyətini "Toyota Abşeron Mərkəzi"nə verib.

Xatırladaq ki, "Toyota Abşeron Mərkəzi" bundan əvvəl Dövlət Reklam Agentliyinin keçirdiyi tenderi udmuşdu.

Belə ki, Agentliyin 16.06.2022 tarixli nəqliyyat vasitələrinin satınalınması üzrə 130 500 manatlıq tenderini də "Toyota Abşeron Mərkəzi" qazanmışdı.

Вся лента